Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Araz çayında batan ata və oğulun meyitləri çıxarılıb- YENİLƏNİB-2

Araz çayında batan ata və oğulun meyitləri çıxarılıb- YENİLƏNİB-2

İmişlidə Araz çayında batan 2018-ci il təvəllüdlü Rəvan Əliyevin də meyiti sudan çıxarılıb.

Birinci 24 xəbər verir ki, 5 yaşlı uşağın meyiti 1 kilometr aralıda tapılıb.

Qeyd edək ki, hadisə bu gün saat 15 radələrində baş verib. Belə ki, İmişlinin Şahverdili kəndi ərazisindən keçən Araz çayında həmin kəndin sakinləri – Asif Əliyev və onun övladı Rəvan Əliyevin batması barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in dalğıcları cəlb edilib.

Sudan çıxarılan cəsədlər aidiyyəti üzrə təhvil verilib.

16.42

Araz çayında batan 2 nəfərdən birinin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, iyulun 11-də günorta saatlarında Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində batan 2 nəfərdən birinin meyiti FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları davam etdirilir.

16.15

Araz çayında biri uşaq olmaqla 2 nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub.

“Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub”, – məlumatda qeyd edilib.

Editor

Related Posts