Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Baş prokuror Naxçıvanda 70 vətəndaşı qəbul edib

Baş prokuror Naxçıvanda 70 vətəndaşı qəbul edib

İyulun 11-də Baş prokuror Kamran Əliyev Naxçıvan Muxtar Respublikası prokurorluğunun inzibati binasında Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib.

Bildirilib ki, qəbulda iştirak edən 70 nəfər vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntularının, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, mülki xarakterli mübahisələrin və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

admin

Related Posts