Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Yevlaxda hərbçimiz faciəvi şəkildə vəfat etdi – Yenilənib

Yevlaxda hərbçimiz faciəvi şəkildə vəfat etdi – Yenilənib

Ötən gün axşam saatlarında Yevlax rayonu ərazisində “Mercedes” markalı maşın Qarabağ kanalına aşıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü Həsənəv Cavid suda boğularaq ölüb.

Onun meyiti bu gün günorta saatlarında sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən 2002-ci il təvəllüdlü Cavid Həsənov hərbçi idi. O, 3 ay əvvəl MAXE kimi ordu sıralarında xidmət etməyə başlamışdı. Cavid Həsənov hadisə zamanı avtomobildə tək olub.

12.07.2023, 18:08

Yevlaxda avtomobillə kanala düşən şəxsin meyiti sudan çıxarılıb.

2003-cü il təvəllüdlü Cavid Həsənovun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

12.07.2023, 13:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Editor

Related Posts