“Qurd” ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Fərid Eminov pianoçu həyat yoldaşı Leyla Namazzadə və qızları Suğra ilə bərabər yeni fotosessiya etdiriblər.
Birinci 24 xəbər verir ki, musiqiçi ailə şəkillərini və “reels” formatında çəkilən videosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Reklamınızı SmartBee ilə effektiv edin.
Leyla paylaşımlarına “Sevgini ifadə edəcəyimiz şəkillər. Qızımla bağlı qəlbim o qədər gözəl hiss və sözlərlə doludur ki, fotolara nə başlıq, nə də söz tapa bilirəm. Tək bildiyim ona hər gün belə baxmağımdır. Qızım sənə aşiqəm” şərhini yazıb.
