Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Lənkəranda ağır yol qəzasında polis ölüb, 7 nəfər yaralanıb

Lənkəranda ağır yol qəzasında polis ölüb, 7 nəfər yaralanıb

Ələt-Astara magistral yolun Lənkəran rayon Boladi kəndindən keçən hissəsində baş verən yol qəzasında yeddi nəfər yaralanıb.

Birinci 24 xəbər verir ki, yaralılar 2007-ci il təvəllüdlü Süleymanov Rüfət Valeh oğlu, 2009-cu il təvəllüdlü Süleymanova Gülsüm Valeh qızı, 1973-cü il təvəllüdlü Süleymanov Valeh Kamal oğlu, 1983-cü il təvəllüdlü Süleymanova Afət Təvəkkül qızı, 1980-ci il təvəllüdlü Süleymanova Nuranə Süleyman qızı, 2001-ci il təvəllüdlü Süleymanlı Səkinə Elman qızı və onun əkiz bacısı Süleymanlı Fatimə Elman qızı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar.

Xəstələrə ilkin tibbi xidmətlər göstərilib. Yaralılara bud sümüyünün sınığı, təpə nahiyəsinin əzilmiş-didilmiş yaraları, sağ yuxarı ətraf və burnun sıyrılmış yaraları diaqnozu qoyulub.

Qeyd edək ki, hadisə yerində dünyasını dəyişən sürücü Elman Süleymanov polis nəfəridir.

admin

Related Posts