Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda daha bir hərbçinin özünə qəsd etdiyi deyilir

Azərbaycanda daha bir hərbçinin özünə qəsd etdiyi deyilir

Azərbaycanda daha bir hərbçinin özünə qəsd etdiyi deyilir.

Birinci 24 xəbər verir ki, bu barədə hərbçinin yaxınları “Gündəlik Naxçıvan”a məlumat veriblər.

Məlumata əsasən, Kəngərli rayonundakı N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Əli Nəcəfov intihar edib.

Onun iyulun 16-da hərbi hissənin ərazisində asılmış vəziyyətdə tapıldığı bildirilir.

“Bizim üçün gözlənilməz xəbər oldu. İntiharının səbəbini bilmirik. Yetimçiliklə böyümüşdü, 28 yaşında subay oğlan idi. Yəqin ki, araşdırıb, səbəbini taparlar”, – yaxınları deyib.

Məlumata görə, Əli Nəcəfov Kəngərli rayonunun Qıvraq qəsəbəsindəndir.

Qeyd edək ki, təkcə ötən həftə ərzində 3 hərbçimiz intihar edib.

Editor

Related Posts