Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda jurnalistlər üçün təkmilləşdirmə kursu keçirilir

Naxçıvanda jurnalistlər üçün təkmilləşdirmə kursu keçirilir

Birinci 24 xəbər verir ki, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində nitq mədəniyyətinin inkişafı üzrə növbəti təkmilləşdirmə kursu keçirilir.

Naxçıvan teleradiosu kollektivinin böyük əksəriyyətini təşkil etdiyi gənc kadrlar üçün təşkil olunan təkmilləşdirmə kursu Azərbaycan Tədris Akademiyasının Jurnalistika məktəbinin rəhbəri İlhamə Novruzova tərəfindən keçirilir.

İyulun 11-dən start verilən kursda televiziya və radionun redaktor, müxbir və aparıcı heyəti iştirak edib. Kurs müddətində iştirakçılar nitq mədəniyyətinin inkişafı məqsədilə müxtəlif mövzularda nəzəri və praktiki biliklər əldə edirlər. Diksiya və düzgün tələffüz, nitq tempinin nizamlanması, mətni yadda saxlamaq texnikası, auditoriyanın diqqətini cəlb etmək, redaktə qabiliyyətinin təkmilləşdirilməsi kimi bacarıqlar iştirakçılara praktiki yolla öyrədilir. Təlimlər müddətində peşəkar jurnalistlərlə canlı bağlantı qurulur, təcrübə mübadiləsi aparılır.

İstirahət günlərində kurslar Ağbulaq İstirahət Mərkəzində davam etdirilib.

15 gün davam edəcək kursda nitq qabiliyyətini inkişaf etdirmək istəyən televiziyadan kənar şəxslər də iştirak edə bilirlər.

admin

Related Posts