Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sinoptiklər sabaha Bakıda 36 dərəcə isti vəd edirlər

Sinoptiklər sabaha Bakıda 36 dərəcə isti vəd edirlər

İyulun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında, əsasən, yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 17-22 dərəcə isti olacaq.

Editor

Related Posts