Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Tuğba Ekinci:“Kimlə evlənim? Normal kişi qalmayıb”

Tuğba Ekinci:“Kimlə evlənim? Normal kişi qalmayıb”

Türkiyəli müğənni Tuğba Ekincinin son sözləri gündəm olub.

Birinci 24 bildirir ki, Nişantaşıda görüntülənən ifaçı jurnalistlərin suallarını cavablandırıb. O, “Səni nə zaman kimləsə birlikdə görəcəyik?” sualına maraqlı reaksiya verib. Belə ki, 46 yaşlı ulduz ölkədə normal insan qalmadığından şikayətlənib:

“Evlənənlər boşanır, sizcə niyə? Hər yer içki aludəçisi, asılı insanlarla doludur. Artıq ər yoxdur. Nə qadın qalıb, nə kişi… Normal insan qalmayıb. Ən yaxşı dostlarımız heyvanlar olub. Yalan deyirəmsə, vicdansızam”.

Tuğba Ekinci sözlərini belə yekunlaşdırıb: “Səhv başa düşməyin. Tamaşaçılardan kimsə deyə bilər ki, belələri daha çox sizin sənətdədir. Amma bütün peşələrdə hər 10 nəfərdən 8-i aludəçidir”.

admin

Related Posts