Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda güclü zəlzələ oldu – YENİLƏNİB

Azərbaycanda güclü zəlzələ oldu – YENİLƏNİB

Zəlzələ Masallı və Cəlilabad rayonlarının inzibati sərhəddində baş verib.

Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.

İlkin məlumata görə, Maqnutuda 4.9, dərinlik 13 km olub. Zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

***

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən zəlzələ baş verdiyini təsdiqləyiblər.

Mərkəzdən verilən məlumata görə, zəlzələ Cəlilabad rayonu ərazisində qeydə alınıb, maqnitudası 5-ə yaxındır.

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərinin məlumatına görə, zəlzələ Cəlilabad, Masallı, Lerik və Yardımlıda güclü hiss olunub.

***

Azərbaycanda zəlzələ baş verib.

Birinci 24 xəbər verir ki, zəlzələ saat 01:23-də Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində 5.5 bal gücündə qeydə alınıb.

Bununla bağlı mobil telefonlara bildirişlər də gəlib.

Editor

Related Posts