Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Nikosayağı”nın son durumu – Atası danışdı

“Nikosayağı”nın son durumu – Atası danışdı

“Oğlumun vəziyyəti ortadır. Bu gün və ya sabah xəstəxananın reanimasiya şöbəsindən palataya köçürüləcək”.

Birinci 24 xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin atası, nevropatoloq Nafiz Mütəllimov oğlunun səhhətindən danışarkən deyib:

“Özünü yaxşı hiss etmir, ağrıları, psixoloji vəziyyəti, tramvası…Dostunu itirən insan necə olar?! Qolu o vəziyyətdə, qabırğası, burnu sınıb. Yuxusu və iştahı yoxdur. Sağ qolunun amputasiya edilməsini çox pis qarşıladı. Hadisədir… Dostunun ölümü haqqında bir-iki gün əvvəl bildi və çox pis vəziyyətə düşdü. Bu haqda hardansa eşitmişdi”.

Qeyd edək ki, Nicat Şakirli avtomobil qəzası keçirib. Qəza nəticəsində onun dostu Ruslan Məmmədov vəfat edib.

Editor

Related Posts