Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Salyanda yeni doğulmuş körpəni küçəyə atdılar

Salyanda yeni doğulmuş körpəni küçəyə atdılar

Bu gün səhər saatlarında Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən yenidoğulmuş (10-15 günlük) tapılıb.

Birinci 24 xəbər verir ki, yeni doğulmuş qız polis tərəfindən xəstəxanaya təhvil verilib.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan saytımıza verilən məlumata görə, sentyabrın 12-si səhər saat 5 radələrində Salyan RPŞ-yə rayonun Qarabağlı kəndi ərazisində körpənin yol kənarına atılması barədə məlumat daxil olub:

“Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən həmin əraziyə  baxış keçirilib və körpə Salyan rayon TTYS-nin tibb personalına təhvil verilib. Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalara başlanılıb”.

Editor

Related Posts