Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Pərvin Abıyeva növbəti dəfə estetik əməliyyat etdirdi

Pərvin Abıyeva növbəti dəfə estetik əməliyyat etdirdi

Aktrisa Pərvin Abıyeva estetik əməliyyat keçirib.

Birinci 24 xəbər verir ki, bu haqda məşhur sosial şəbəkə hesabında məlumat yayıb.

Abıyeva kosmetoloji prosedurdan sonra güzgü qarşısına keçərək, yeni görünüşünü lentə alıb. Pərvin bildirib ki, o “full face” proseduru etdirib.

“Full face” proseduru zamanı dəri altında olan əzələlər və dəstək toxumalar da sıxılır. Üz gərdirmə əməliyyatlarında aşağıya doğru sallanan dəri və toxumalar yuxarı çəkilərək bərpa edilir. Beləliklə, sallanma və qırışlardan şikayət edən xəstələr daha gənc görünürlər.
Aktrisa əldə etdiyi nəticədən “yerlə-göy” qədər razı qaldığını vurğulayıb.

Qeyd edək ki, bu P.Abıyevanın ilk estetik əməliyyatı deyil. Beləki ulduz daha əvvəl üzündə və əllərində kök hüceyrə əməliyyatı etdirmişdi.

admin

Related Posts