Hollivudun ulduzlarından biri Jan Klod Van Dammın oğluna ərə gedən azərbaycanlı pianoçu Suada Hacızadə maraqlı paylaşımı ilə diqqət çəkib.
Birinci 24 lent.az-a istinadən bildirir ki, o, Hollivud ulduzu, supermodel Sindi Kroufordla görüşüb.
Suada fotoya “Qızlarla Kalabasasda bir gün. Və ən şirin Sindi Kroufordla” şərhini yazıb.
57 yaşlı Sindi öz gözəlliyi ilə yenə göz qamaşdırıb.
Qeyd edək ki, Suada Hacızadə Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadənin qızıdır.
