Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Maştağa sakinindən “Makarov” markalı tapança aşkarlanıb

Maştağa sakinindən “Makarov” markalı tapança aşkarlanıb

Maştağa sakinindən “Makarov” markalı tapança aşkarlanıb.

Birinci 24 xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan əvvəllər məhkum olunmuş Maştağa qəsəbəsi sakini, 1974-cü il təvəllüdlü Eldar Babayev tutulub. Ondan narkotik vasitə olan heroin, bir ədəd “Makarov” markalı tapançası, dörd ədəd patron və bir ədəd patron darağı aşkar edilib.
Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

admin

Related Posts