Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda sosial qayğıya ehtiyacı olan 896 uşağa məktəb ləvazimatları verilib

Naxçıvanda sosial qayğıya ehtiyacı olan 896 uşağa məktəb ləvazimatları verilib

15 sentyabr – Bilik Günü ərəfəsində aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlara məktəbli forması və dərs ləvazimatları təqdim edilib.

Birinci 24 xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi aparatının əməkdaşı Pənah Mehdiyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Ovni Muradov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Nicat Babayev çıxış edərək bildiriblər ki, muxtar respublikamızda bütün uşaqlar dövlət qayğısı ilə əhatə olunur, onların sağlam böyümələri, təhsili, intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc kimi formalaşması diqqət mərkəzində saxlanılır.

Çıxış edənlər valideynləri və şagirdləri bilik günü münasibətilə təbrik edib, şagirdlərə dərslərində uğurlar arzulayıblar.

Valideynlər adından çıxış edən Mətanət Hüseynova sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən diqqətə görə dövlətimizə minnətdarlığını bildirib.

Sonra aztəminatlı ailələrdən olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olan, eləcə də sağlamlıq imkanları məhdud 896 şagirdə məktəbli geyim formaları, çanta və dərs ləvazimatları verilib.

Qeyd edək ki, bu gün aidiyyatı təşkilatların və rayon icra hakimiyyətlərinin nümayəndələri tərəfindən muxtar respublikanın rayonlarında da sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli formaları və dərs ləvazimatları verilib.

admin

Related Posts