Today Cümə axşamı, 17th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xalq artisti Röya: “Hər iki aydan bir geyimə 500 min manat xərcləyirdim”

Xalq artisti Röya: “Hər iki aydan bir geyimə 500 min manat xərcləyirdim”

“Mənə qarışmayın. Məni insanlar sevir, çünki mən də onları sevirəm. Mənim qədər iş görün. Efirdə “fil” olub, mənə söz atanlar… Sonra sevərək məni yanınızda görmək istəməyin, rica edirəm. Məni olduğum kimi qəbul edin”.

Birinci 24 xəbər verir ki, bu sözləri Konqres Mərkəzində üç gün canlı solo konsert proqramı ilə çıxış edən Xalq artisti Röya Ayxan “Sabahın xeyr, Azərbaycan!” verilişinə müsahibəsində deyib.

Sənətçi konsertinin məşqləri zamanı ona prodüseri tərəfindən verilən ən yaxşı məsləhətdən söz açıb. Əvvəllər hər iki aydan bir geyimlərə yarım milyon pul xərclədiyini söyləyən Röya bildirib ki, oğlunun gələcəyi üçün bu alış-veriş sevdasından imtina etməli olub:

“Aldığım ən yaxşı məsləhət prodüserim Kənan Bayramovdan olub. Mənə söylədilər ki, bəsdir, hər iki aydan bir 500 min manatlıq mağazaya geyimlər üçün pul xərclədin.

Dedilər ki, sənin oğlun Hüseyn var. O vaxt keçəndə sənə sual verəcək ki, sən hər şey etdin, bəs mənim üçün nə etdin?

Buna görə də, o hobbimi dəyişdirdim. Artıq başqa hobbim var. Onu da deməyəcəm, artıq nə alıram”.

admin

Related Posts