Today Çərşənbə axşamı, 15th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azər Aydəmirin Damla ilə bağlı paylaşımı tənqid olundu

Azər Aydəmirin Damla ilə bağlı paylaşımı tənqid olundu

Aktyor Azər Aydəmirin müğənni Damlanın “Hazırlaşır” mahnısı ilə bağlı paylaşımı tənqid edilib.

Birinci 24 xəbər verir ki, sənətçi paylaşımda ifaçının mahnısının sözlərini tərifləyib. Bu isə izləyicilərin xoşuna gəlməyib.

“Nə deyirsiz deyin, amma Damlanın “Hazırlaşır” mahnısı əladır. Söz müəllifinə isə ayrı təşəkkür. Çox dərin, ikibaşlı və həssas sözlərdir” deyə, A.Aydəmir paylaşımında yazıb.

Sosial şəbəkə istifadəçiləri isə mahnıya mənfi rəy yazaraq, aktyoru tənqid ediblər.

Yazılan mənfi rəylərə Aydəmir “Dostlar, klipə baxmamışdım. Klip bərbaddır. Bəlkə, Damla xanım özü də bilməyib nə oxuyur. Sözüm onda yox. Amma bir daha deyirəm, mahnının sözləri möhtəşəmdir. Subaylar onsuz anlamaz. Heç dinləməsin” cavabını verib.

Aktyorun bu sözləri ironiya ilə yazıb-yazmadığı isə məlum olmayıb.

admin

Related Posts