Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Samirə Əfəndidən İsrailə dəstək paylaşımı

Samirə Əfəndidən İsrailə dəstək paylaşımı

“Avroviziya” təmsilçilərimizdən olan Samirə Əfəndi hazırda müharibə gedən İsrailə dəstək paylaşımı edib.

Birinci 24 xəbər verir ki, bir müddət əvvəl Təl-Əvivdə olan müğənni oradan şəkillərini yayımlayıb.

“Sülh elə bir şeydir ki, biz onu hər zaman qorumalı və uğrunda çalışmalıyıq. Yer üzündə sülh olsun, hamı salamat və sağlam olsun” deyə, Samirə bildirib.

Qeyd edək ki, Samirə İsrail HƏMAS tərəfindən raket atəşinə tutulan zaman orada olub. Sənətçi ailəsi ilə birlikdə bir neçə gün sığınacaqda qalıb. Hazırda o, Bakıya qayıda bilib.

Xatırladaq ki, İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını və ilk gün İsrailə 5000 raket atıldığını bildirib.

admin

Related Posts