Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda problemli kreditlərin sayı 2,1 faizə qədər düşüb

Naxçıvanda problemli kreditlərin sayı 2,1 faizə qədər düşüb

Naxçıvanda problemli kreditlərin sayı ötən il 3 faiz təşkil edib.

Birinci 24 xəbər verir ki, bu barədə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev media nümayəndələri ilə görüşdə deyib.

O qeyd edib ki, bu il sentyabrın 1-nə olan məlumata görə vaxtı keçmiş kreditlərin həcmi 2,1 faizə qədər düşüb: “Göstəricinin aşağı olması Naxçıvanın balaca yer olması və burada əhali arasında psixoloji durum və ictimai qınağın olmasıdır. Naxçıvanda kreditin qaytarılması mədəniyyəti daha yüksəkdir və kommersiya bankları burada daha az problemlə qarşılaşır. Bu baxımdan Naxçıvan problemli kreditlərin aşağı olduğu yerdir”.

admin

Related Posts