Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ersin Tatar: “Şimali Kipr haqqını tələb edir”

Ersin Tatar: “Şimali Kipr haqqını tələb edir”

“Bizim heç kimin haqqında gözümüz yoxdur, yetər ki, bizim haqqımızda da heç kimin gözü olmasın”.

Birinci 24 xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar media nümayəndələri ilə görüşdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib suverenliyini tam bərpa etməklə haqq-ədaləti təmin etdi:

“Biz də haqqımızı almaq üçün bundan sonra da mübarizə aparacağıq.
Şimali Kiprə sanksiyalar tətbiq etməklə bizi diz çökdürməyə, Türkiyədən qoparmağa çalışırlar. Lakin kiprli türklər buna icazə verməyəcək. Türkiyənin və Azərbaycanın dəstəyi, digər türkdilli dövlətlərin də bizimlə birgə addımlaması ilə Şimali Kipr indiyə qədər qarşılaşdığı haqsızlıqları sonlandıracaq.

Siyasi təzyiqlər ucbatında Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilməyib. Biz bunu başa düşürük. Lakin bütün siyasi təzyiqlərə baxmayaraq, biz Azərbaycandayıq və Azərbaycanla münasibətlərimiz günü-gündən inkişaf etməkdədir”.

admin

Related Posts