Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nahidə Orucova: “Elə arıqlamışdım ki, hamı xərçəng olduğumu düşünürdü”

Nahidə Orucova: “Elə arıqlamışdım ki, hamı xərçəng olduğumu düşünürdü”

“Səhhətimdə ciddi problemlər vardı. Gənc yaşlarımdan mədə ağrılarından əziyyətlər çəkmişəm. Mədəm mənə çox böyük əziyyətlər verirdi. Artıqçəkili idim. Birdən arıqlamağa başladım. Çox arıqladım. Elə arıqladım ki, həm zəiflədim, həm də halsızlaşdım. İnsanlar elə düşünürdülər ki, mən anoreksiya və ya xərçəng xəstəsiyəm. Hamı da mənə bu xəstəliklərlə bağlı suallar verirdi”.

Birinci 24 xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova qonaq olduğu “Günə son” ictimai-sosial verilişdə deyib.

İllər əvvəl keçirdiyi mədəkiçiltmə əməliyyatından söz açan aktrisa bildirib ki, bu yolla o, 50 kiloqram arıqlayıb:

“Mədəkiçiltmə əməliyyatından əvvəl çəkim 120 kiloqram idi. Mən əməliyyatdan sonra 50 kiloqram çəki atıb, arıqladım. Əməliyyat zamanı mədəmi götürdülər, çünki çox böyük problemlər yaradırdı. Mədəmin ağrısından ikiqat olurdum. Bu əməliyyatı edəndən sonra çox xoşbəxtəm. Köklük bir çox insanları stressə, depressiyaya gətirib çıxarır. Elə xanımlar tanıyıram ki, artıq çəkiyə görə onlar həddindən artıq depressiyaya düşürlər. Mən kök insanlara mədəkiçiltmə əməliyyatını tövsiyə edirəm”.

admin

Related Posts