Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanlı aktyorun Moskvadaki dəbdəbəli toyundan görüntülər

Azərbaycanlı aktyorun Moskvadaki dəbdəbəli toyundan görüntülər

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı aktyor və video bloqer Şövqi Əhədovun toyu olub.

Birinci 24 xəbər verir ki, Moskvada dəbdəbəli restoranların birində baş tutan məclisdə bir sıra məşhurlar iştirak ediblər.

Toyun aparıcılığı və idarəçiliyi “Tin uşaqları” qrupuna həvalə edilib. Dəvətlilər arasında məşhur pop ulduz Jony (Cahid Hüseyn) həm rəqs edib həm də çıxışı ilə qonaqları əyləndirib.

Şövqinin xoş günündə prodüser Anar Mədətov da yanında olub. Anar məclisdən çəkdiyi görüntüləri və fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Şövqi ilə lentə aldığı “selfi”sini yayımlayan Mədətov bloqerə xoşbəxtlik arzu edib.
Qeyd edək ki, Ş. Əhədovun “Instagram” səhifəsinin 990 min izləyici kütləsi var.

admin

Related Posts