Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rövşanə: “Aygün Kazımova plastik əməliyyatlardan əvvəl dünya gözəli idi”

Rövşanə: “Aygün Kazımova plastik əməliyyatlardan əvvəl dünya gözəli idi”

Aparıcı Rövşanə Ağasəfqızı Xalq artisti Aygün Kazımova barədə açıqlaması ilə gündəmə səs salıb.

Birinci 24 xəbər verir ki, qalmaqallı aparıcı qonaq olduğu “Günə son” ictimai-sosial verilişində estrada ulduzunun keçirdiyi əməliyyatdan söz açıb.

Ağasəfqızı bildirib ki, Kazımova etdirdiyi plastik əməliyyatlardan əvvəl daha gözəl olub:

“Aygün Kazımova plastik əməliyyat etdirməmişdən əvvəl dünya gözəli idi. Aygün xanımın özünə də, sənətinə də böyük hörmətim var. Amma bu xanım əməliyyat etdirməmiş daha gözəl idi”.

Rövşanə daha sonra verilişin aparıcısı Ülvira Qarayevaya söz atıb. Ağasəfqızı bildirib ki, Qarayeva əməliyyat keçirərək özünü Aygün Kazımovaya oxşadıb.

Buna cavab olaraq Ülvira “Mənim üçün şərəfdir, o cür gözəl Aygün xanıma oxşamaq” fikrini ifadə edib.

admin

Related Posts