Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Öldürülən müğənninin anası Əli Mirəliyevin üzrxahlığını qəbul etmədi

Öldürülən müğənninin anası Əli Mirəliyevin üzrxahlığını qəbul etmədi

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Əli Mirəliyev “Bizimləsən” ictimai-sosial verilişinə zəng edərək həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilən duet ortağı Yaqut Həşimova haqqında “Sağikən Yaqut içkili halda mənə zəng vurmuşdu. O, yolunu azmışdı” şok iddialar səsləndirib.

Birinci 24 xəbər verir ki, sənətçi “Elgizlə izlə” ictimai-sosial proqrama gələrək, canlı efirə qoşulan Yaqutun anasından üzr istəyib.

“Bacı, başınız sağolsun. Dünən bilməmişəm, əsəbi olmuşam və Zaur Baxşəliyevin aparıcısı olduğu verilişdə qızınızla bağlı düzgün ifadələr işlətməmişəm. Buna görə də sizdən üzr istəyirəm. Mən sizə və ailənizə başsağlığı verirəm”, – deyə Ə.Mirəliyev bildirib.
Lakin müğənninin bu sözləri mərhumun anasını ovutmayıb. Y.Həşimovanın valideyni Ə.Mirəliyevin üzrxahlığını qəbul etməyib və müğənninin onun qızına borclu olduğunu bildirib:

“Dünənki sözlərinə görə mən Əli Mirəliyevi bağışlamıram. Yalan danışıb, düz danışmayıb. Əli Mirəliyevin Yaqut qızıma da borcu var. O hər zaman danışığını bilmir, sonra da üzr istəyir”.

Qeyd edək ki, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır. Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.

admin

Related Posts