Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Lənkəranda TIR-larla gəlin gətirməyə gedənlər saxlanılıblar

Lənkəranda TIR-larla gəlin gətirməyə gedənlər saxlanılıblar

Lənkəranda TIR-larla toy karvanı təşkil edən sürücülər saxlanılıblar.

Birinci 24 xəbər verir ki, rayonun Narbağı kəndində keçirilən toy məclislərindən birində bəyin atası və tanışlarının idarə etdikləri TIR-larla toy karvanı təşkil etmələrinin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Onların yük avtomobilləri ilə Lənkəran-Lerik yolunda digər nəqliyyat vasitələri üçün təhlükəli manevrlər etdikləri, yolda hərəkəti çətinləşdirdikləri bildirilib. Həmin nəqliyyat vasitələri yol polisi tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.

Məsələ ilə bağlı sorğuya cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən dərhal həmin toy karvanında olan sözügedən nəqliyyat vasitələri və sürücülər müəyyən ediliblər:

“Həmin nəqliyyat vasitələrinin sürücüləri Lənkəran ŞRPŞ-yə dəvət edilib və hər biri barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbiri görülüb”.

admin

Related Posts