Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Fədayə Laçının toyda səsini batırdılar

Fədayə Laçının toyda səsini batırdılar

Müğənni Fədayə Laçının toyda başına iş gəlib.

Birinci 24 xəbər verir ki, sənətçi qonaq olduğu “El canlı” axşam şousunda bildirib ki, məclislərin birində bir şəxs onun səsini batırıb.

Fədayə səsini batıran şəxsin kimliyini açıqlamayıb: “Bu yaxınlarda toyların birinə dəvət almışdım. Səsim “işləmədi”. Nəticədə məclisdə yalnız 2 saat oxuya bildim. Ev yiyələri sağolsunlar xətrimə də dəymədilər, qonorarımı da verdilər.

Saat 19:00-da toy başladı. Oxumağa başlayanda hiss etdim ki, səsim “işləmir”. Səs nə qədər “işləməsə” də toylarda musiqiçi dostlarım sözlərimi təsdiqləyərlər, biz 6 saat oxuyuruq. Amma bunu heç kim hiss etmir. Amma səsimin “işləməməsinin” yoruğunçuluqla əlaqəsi yox idi. Nə isə səsimə etmişdilər. Sonradan bildim kimin nə etdiyini. Bu haqda danışmayacağam. Toyda qadınlar da mənə söylədilər ki, bu filankəsin işidir”.

admin

Related Posts