Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanlı bloqer Rusiyaya ekstradisiya edilib

Azərbaycanlı bloqer Rusiyaya ekstradisiya edilib

Azərbaycanlı bloqer Rusiyaya ekstradisiya edilib.

Birinci 24 xəbər verir ki, bu barədə “Kommersant” yazıb.

Azərbaycan hüquq-mühafizə orqanları Rusiya Baş Prokurorluğunun tələbi ilə 18 yaşlı bloqer və “Jizn brodyaqi” Telegram kanalının administratoru Tural Məmmədovu Rusiyaya ekstradisiya edib.

Tural Məmmədov, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci bəndi (bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zorakılıq tətbiq etməklə törədilən xuliqanlıq), həmçinin, 282-ci maddə (informasiya və telekommunikasiya şəbəkələrindən istifadə edərək nifrətin qızışdırılmasına yönəlmiş hərəkətlər) ilə məsuliyyətə cəlb olunacaq.

Məlumata görə, Tural Məmmədov dostları ilə birlikdə Sankt-Peterburqun müxtəlif ərazilərində yoldan keçənləri dəfələrlə açıq şəkildə döyüb, baş verənləri videoya çəkib, sonra isə görüntüləri “Telegram”da yerləşdirib.

Şübhəli Rusiya hüquq-mühafizə orqanlarından yayındığı üçün məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. Rusiya Federasiyası Baş Prokurorluğu onu beynəlxalq axtarışa verib.

admin

Related Posts