Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Daha bir rayonda silah-sursat aşkarlandı – YENİLƏNİB

Daha bir rayonda silah-sursat aşkarlandı – YENİLƏNİB

Goranboy Rayon Polis Şöbəsinə Rayonun Goran çayı sahilində silah-sursat olması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib. Sözügedən əraziyə baxış keçirilən zaman oradan dörd ədəd BP5, 6 ədəd F-1 əl qumbaraları, 200 ədəd 7.62 mm-lik SVD patronları, bir ədəd “Kalaşnikov” markalı avtomat, beş ədəd avtomat darağı və 287 ədəd 7.62 mm-lik avtomat patronu aşkarlanıb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

admin

Related Posts