Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Üzünə körpə uşağın hüceyrələrini vurduran Xatirə: “Qurtarın bu işverənliyinizi”

Üzünə körpə uşağın hüceyrələrini vurduran Xatirə: “Qurtarın bu işverənliyinizi”

Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslamın kosmetoloji prosedur zamanı həkimin söylədiyi “Yeni doğulan uşağın aktiv hüceyrəsini sizə köçürürük” kəlimələri gündəm olub.

Birinci 24 xəbər verir ki, sənətçi müzakirə predmetinə çevrilən məsələ ilə bağlı sosial şəbəkə hesabında videoaçıqlama yayıb.

“Bir neçə ay əvvəl kosmetoloqun yanında olmuşam. Kosmetoloq göstərib ki, “bu ampulanı biz Amerikadan sifariş etmişik. Həmin preparatın tərkibində isə uşağın nəyi-nəyi var…”

Yəqin ki, bilirsiniz bizim üzümüzə çəkdiyimiz bir çox yumuşaldıcı kremlərin tərkibində “spermatozoid” var. Amma biz nə bilək bu kimin spermasıdır. Biz bilirik bunu? Bunu tapmaq olmaz axı. Ağzınıza gələni yazanda bilin nə haqda yazırsınız…

Siz kök hüceyrə haqqında danışırsınız. Azərbaycanda olan verilişlərin 90% “kök hüceyrə”ni reklam edir. Ağrıların azalması üçün “kök hüceyrə”ni ayağa, ələ, dizə, sümüyə də vururlar. Nə oldu bir dənə kosmetoloq həkimin deməyi ilə ki, bu preparatın tərkibində uşağın nə bilim nəyi var… Bunu axı həkimin özü düzəltməyib ki,…

Bu, hazır preparatdır. O da o preparatı nə iləsə qarışdırır, vurur camaatın üzünə. Bundan sonra da üzdə qırışlar azalır. Qurtarın bu işverənliyinizi… Bu şeyləri eləmək nəyə lazımdır? Söz tapa bilmirsiniz danışmağa?”, – deyə Xatirə vurğulayıb.

Daha sonra müğənni sosial şəbəkə hesabında “sperma” tərkibli kremin görüntüsünü paylaşaraq “Bütün apteklərdən ala bilərsiniz” şərhini yazıb.

admin

Related Posts