Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sevgilisinin xəyanətini tutan Turanə: Ərinlə ayrı otaqda yatmalısan

Sevgilisinin xəyanətini tutan Turanə: Ərinlə ayrı otaqda yatmalısan

Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.

Birinci 24 xəbər verir ki, verilişin budəfəki buraxılışının qonağı aparıcı, aktrisa Turanə Hüseynli olub.

Aparıcı sevdiyi ailə modelindən danışıb:

“Qarşılıqlı hörmət olmalıdır. Ailədə hər şey bölüşdürülməlidir. Məsələn, mənim həyat yoldaşım olsa, ona sevə-sevə yemək hazırlamaq istəyərdim”.

O, münasibətlərdə fasilələrin verilməsinin vacibliyini qeyd edib:
“Mən başqası ilə bir evin içində uzun müddət yaşaya biləcəyimi düşünmürəm. Ona görə də münasibətə uzun müddət fasilələr vermək lazımdır. Tək səyahətlər, bir müddət ayrı-ayrı yaşamaq, hətta arzu olunardı ki, ayrı otaqlarda yaşayaq”.

Xəyanətə uğradığından bəhs edən aparıcı insanlara güvənmədiyini deyib:

“Çünki güvənimi qazanan şəxs qarşıma çıxmayıb. Hər dəfə inancımı puça çıxarıb. Münasibətdə olduğum şəxsin mənə xəyanət etdiyini ortaya çıxarmışam. Bunu xırda bir şeydə hiss etmişəm. Belə şeylər məni bəzən qorxudur. Kaş ki, başa düşməyən adam olardım və münasibət qurmaq mənim üçün asan olardı”.

admin

Related Posts