Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nəvai gileyləndi: “10 il ərzində harada olduğumu, kiminlə olduğumu…”

Nəvai gileyləndi: “10 il ərzində harada olduğumu, kiminlə olduğumu…”

Rusiya və MDB ölkələrində məşhurlaşan müğənni Nəvai Bəkirov açıqlaması ilə gündəmə gəlib.

Birinci 24 xəbər verir ki,sənətçi sosial şəbəkə hesabında paylaşdığı postda keçdiyi ağır həyatından söz açıb:

“Evi, ailəsi, kompüterləri olan dostlarım 10 il ərzində harada olduğumu, kiminlə olduğumu, nə işlə məşğul olduğumu, harada yaşadığımı və nə yediyimi soruşmadılar.

İndi isə hər şey yaxşı olanda, Allaha şükür, onlar ortaya çıxıb, mənim həyatıma qayıtmaq istəyirlər. Açıq şəkildə bildirirəm ki, bu illər ərzində əldə etdiyim hər şeyi bu illərdə mənimlə olanlarla bölüşmək istəyirəm. Bütün dostlarınız yaxşı olsun, amma beşikdən məzara qədər dost olmağı bacarmaq lazımdır”, – deyə Nəvai vurğulayıb.

Qeyd edək ki, Nəvai Bəkirov özü haqda “Mən hərəkət edən zooparkda doğulmuşam və 6 yaşıma qədər faytonlarda heyvanların arasında böyümüşəm” açıqlaması ilə diqqət çəkib.

admin

Related Posts