Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nazənin: “Əxlaqsızlar əxlaqdan efirdə insanlara dərs keçirlər”

Nazənin: “Əxlaqsızlar əxlaqdan efirdə insanlara dərs keçirlər”

“Bir müğənni var ki, bütün Azərbaycana pul borcludur. Hələ mən Azərbaycandan kənar borclarını demirəm… Axı bu “risofkarlıq” nəyə lazımdır?”

Birinci 24 xəbər verir ki,bu sözləri müğənni Nazənin Salayeva qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.

Sənətçi televiziyada yayımlanan verilişləri, onların aparıcılarını və proqramlara dəvət alan bəzi dırnaqarası məşhurları sərt şəkildə tənqid edib.
“Mənəviyyatsız, şərəfsiz, əxlaqsız, vicdansız insanları aparıcılar öz verilişlərinə çağırırlar ki, təki reytinqləri olsun. Onlar efirə çıxıb insanlara əxlaqdan dərs deyirlər. Əxlaqsız efirə çıxıb insanlara əxlaqdan dəsr deyir.

Namussuzlar efirə çıxış namusluqdan insanlara dərs deyirlər. Olmaz belə… Televiziya məkanı ədəb-ərkan məkanıdır. Əvvəllər televiziyaya sehirli bir qutu kimi baxırdılar. İnsanlar televiziyaya baxıb maariflənirdrlər. Televiziyaya baxırdılar ki, özləri üçün nəsə gözəl və yaxşı şeylər götürsünlər. İndi isə deyirlər ki, televizorunuzu söndürün, baxmayın televiziyaya”, – deyə Nazənin vurğulayıb.

admin

Related Posts