Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Fatimə Fətəliyeva:”Qızım deyir ki, ana nədir, NƏNƏSƏN”

Fatimə Fətəliyeva:”Qızım deyir ki, ana nədir, NƏNƏSƏN”

“Nəvəm mənə çox bənzəyir. Allah hamıya qismət eləsin”.

Birinci24 informasiya agentliyi xəbər verir ki,bu sözləri rəqqasə Fatimə Fətəliyeva deyib.

O, nəvəsi Zəhradan danışaraq həmkarlarına göz dağı verib:

“Zəhra mənə “Fatoşum” deyir. Mənim həyatımda hər bir şey çox tez baş verdi. Tez evləndim, tez ana oldum, tez nənə oldum. Qızım Aydanla da bacı kimi görünürük. Biz harasa gedəndə mənə “mama” deyir. Hamı deyir ki, “Nə, mama?” İndi də heç kim inanmır. Qızım da əsəbləşib deyir “nə mama, o nənədi ee”. Həqiqətən də çox gözəl hisslərdir. Oğlum evlənəndə, uşaqları olanda mənə “göyçək nənə” deyərsiniz. Onun da hələ 13 yaşı var. Hələ ki, Fatoşam”.

Editor

Related Posts