Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Sənətin bu hala düşməyinin birbaşa səbəbi…”

“Sənətin bu hala düşməyinin birbaşa səbəbi…”

“Deyəcəyəm, yeni dilimin bəlasına düşəcəyəm. Kaş ki, meyxanaçılar öz sanbalında olan müğənnilərlə duet oxuyardılar və bu gün sənət bu səviyyəyə çıxmazdı. Sənəti bu hala salmaqlarının birbaşa səbəbi elə meyxanaçılardır”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib.

Sənətçi musiqi savadı və sənəti olmayan ifaçılarla duet oxuyan meyxanaçıları efir vasitəsi ilə tənqid edib:

“Meyxanaçılar sənəti olan müğənnilərlə duet oxusaydılar… Söz və musiqi hər zaman bir olmalıdır. Amma bu, musiqini dərindən bilən, səsi və sənəti olan insanla edilsəydi, sənət bu cılız səviyyəyə gəlib çıxmazdı. Belə olan halda müğənni oturub arzulamazdı ki, bir meyxanaçı olsaydı, onunla duet oxuyub, toylara gedib pul qazanardım”.

Editor

Related Posts