Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Paşinyan sərhəddə baş verənləri Bakı ilə birgə araşdırmağı təklif edir

Paşinyan sərhəddə baş verənləri Bakı ilə birgə araşdırmağı təklif edir

İrəvan Bakıya sərhəddə atəşkəs rejiminin pozulması ilə bağlı birgə araşdırmalar aparmağı təklif edib.

Birinci24.com xəbər verir ki, bu təklifi iyunun 15-də Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Müdafiə Nazirliyinin İrəvanı atəşkəsi pozmaqda ittihamından sonra səsləndirib.

Paşinyanın ofisi iyunun 22-də açıqlama yayıb ki, adı açıqlanmayan “diplomatik kanallar” bu iddiaların araşdırılması üçün ikitərəfli mexanizm yaratmaq təklifini Bakıya çatdırıb. Amma İrəvan bu mexanizmlə bağlı  təfərrüatları açıqlamayıb.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Paşinyanın təklifini alqışlayıb.

Bu barədə “X” (Twitter) səhifəsində yazan Klaar bildirib ki, Avropa İttifaqı Gürcüstanda oxşar görüşlərin təşkilinə kömək edib. İndi də öz təcrübəsini Cənubi Qafqazın digər iki dövləti ilə bölüşməyə hazırdır.

Azərbaycan Xarici İşlər Nazirliyi məsələni Meydan TV-yə şərh etməyib.

Nazirlikdən: “Hər hansı bir şərhimiz olmayacaq, olsa, yayacağıq”, – deyə cavab verilib.

Azərbaycan Müdafiə Nazirliyi iyunun 21-də Ermənistan Silahlı Qüvvələri bölmələrinin Kəlbəcərin Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atəşə tutduğunu bildirmişdi.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Həmin vaxt Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Ardınca da Bakı 2023-cü il sentyabrın 19-20-də Qarabağda lokal hərbi əməliyyatlara başlayıb.

Sonrakı bir ay müddətində Dağlıq Qarabağda yaşayan ermənilər Ermənistana köçüb.

İrəvan bunu “etnik təmizlənmə” kimi dəyərləndirsə də, Bakı iddianı qəbul etməyib.

Editor

Related Posts