Today Cümə axşamı, 17th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilib

Naxçıvanda meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilib

Birinci24 informasiya agentliyi xəbər verir ki, Uzunoba Dövlət Meşəsində Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin birgə təşkilatçılığı ilə meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilib.

Məqsəd meşələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində eləcə də, taxıl və əkin-otlaq sahələrində baş verə biləcək yanğınların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi olub.

Tədbir zamanı çıxış edənlər mövzunun aktuallığını diqqətə çatdıraraq, yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Eyni zamanda, meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir zamanı iştirakçılara tövsiyə xarakterli yaddaş vərəqləri təqdim edilib, meşəətrafı yolların kənarları quru otlardan və kol-koslardan təmizlənib və minerallaşdırılmış zolaqlar çəkilib, həmçinin iştirakçılara meşələrdə yanğınların söndürülməsi qaydaları üzrə əməli və göstərici məşğələ keçirilib.

Editor

Related Posts