Today Cümə axşamı, 17th Oktyabr 2024
Birinci 24

Birinci 24

Jurnalistlər arasında şahmat turniri keçiriləcək

Jurnalistlər arasında şahmat turniri keçiriləcək

İyulun 21-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan idman jurnalistləri arasında şahmat turniri keçiriləcək.

Birinci24 informasiya agentliyi xəbər verir ki, yarışın reqlamentinə əsasən hər oyuna 10 dəqiqə vaxt ayrılacaq və hər gedişə 5 saniyə əlavə ediləcək.

7 turdan sonra qaydalara uyğun olaraq ilk üç yeri tutan iştirakçılara diplom, pul mükafatı və hədiyyələr təqdim ediləcək.

Editor

Related Posts