Today Cümə, 18th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda bu ilin 6 ayı ərzində sahibkarlara 46 lisenziya verilib, büdcəyə 19,6 min manat vəsait ödənilib

Naxçıvanda bu ilin 6 ayı ərzində sahibkarlara 46 lisenziya verilib, büdcəyə 19,6 min manat vəsait ödənilib

2024-cü ilin 6 ayı ərzində özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. Belə ki, hesabat dövründə sahibkarlara 46 lisenziya verilib, büdcəyə 19,6 min manat vəsait ödənilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 1447 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ili müqayisədə 8,4 dəfə, veriən icazələrdən büdcəyə daxilolmalar isə 2 dəfə artıb.

Editor

Related Posts