Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Sizi mələdəcəyəm” – Roza onları polisə şikayət etdi

“Sizi mələdəcəyəm” – Roza onları polisə şikayət etdi

“Yoruldum: “trollar”, saxta səhifələri yaradan, millətin fikrini yönəldən, həyatı bir yerimin müzakirəsini etməkdən ibarət olan, bir neçə nəfər, ağıllı olun. İP adresləriniz artıq lazimi orqanlardan tapılıb. Çörəyimizi yeyib, bacı deyənlər…”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli açıqlamasında deyib. İfaçı sosial şəbəkədə ona saxta profillərlə şərh yazanları polisə şikayət edib.

O bildirib ki, onu tənqid edənləri polis idarəsinə çağıracaqlar:

“Desəm, başa düşülər. “Bir mahnısı var” demək nədir? 24 ildir sənətdəyəm, işlədiyiniz müğənnilərdə heç məndə olan arxiv yoxdur. Çox ulduzlarınızın sponsoru mən olmuşam. Sizi mələdəcəyəm, qanun çərçivəsində. Bilirsiniz sosial media, internet tərəfindən qoyulan qanunlar var. Səhifə açıb 3-4 banlayanları reklam edirsiniz. Kişilikdən əlamətiniz yoxdur, saxta profil açıb, kişi şəkli qoyursunuz. İndi ora qoyduğunuz fotoların da araşdırması gedəcək, özləri dəvət olunacaq və onlar da sizi mələdəcək. Ödənişinizi də bilirik, ağıllı olun”.

Editor

Related Posts