Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bu yolla formada qalır

Bu yolla formada qalır

Əməkdar artist Rəşad İlyasov formada qalmasının sirrini bölüşüb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə ifaçı “Qonaqcanlı” verilişində qonaq olarkən deyib.

“Doğru-düzgün qidalanmaq lazımdır. İdmanla məşğul oluram. Bir müddət ara vermişdim. Amma pəhriz saxlayıram. Məsələn, bu gün su günümdür. Axşama qədər su içəcəyəm. Bircə səhər şəkərsiz acı qəhvə olar.

5 gün belə davam edir. Bir gün su, o biri gün turşumuş süd məhsulları, kəsmik, kəfir, qatıq. 3-cü gün protein. 4-cü gün meyvələr. 5 gün beləcə davam edir. Bunu Nişinin (yapon alimi Katsudzo Nişi – red.) kitabında oxumuşdum. Əvvəl bunu eşidəndə qorxdum. Amma sonra gördüm, yox. 5 günə 4 kiloqram atmaq mümkündür”.

Editor

Related Posts