Today Şənbə, 19th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ülviyyənin göz yaşları…

Ülviyyənin göz yaşları…

Aktrisa Ülviyyə Xəlilbəyovanın ağlayan videosu yayılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bir müddət əvvəl aktyor həyat yoldaşı Murad İsmayıldan ayrıldığını açıqlayan sənətçi psixoloq qəbulunda olub.

Psixoloq Nərgiz Əliyevanın Geştalt terapiyasında olan Ü.Xəlilbəyova göz yaşlarını saxlaya bilməyib. Ülviyyə görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Aktrisa daha bir paylaşımına “Həddindən artıq özsevginin sonu zənnimcə tənhalıqdır. Hər şey qədərində gözəldir. İfrata vardıqda kənardan çox çirkin görsənir. Nizami əbəs yerə deməyib: Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da” sözlərini yazıb.

Qeyd edək ki, Ülviyyə həyat yoldaşı Muraddan ayrılıb. Cütlüyün 2 oğul övladı var.

Editor

Related Posts