Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycan Ermənistanı COP29-a dəvət edib

Azərbaycan Ermənistanı COP29-a dəvət edib

Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib.

Birinci24.com “The National”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən II Qlobal Media Forumunda xarici jurnalistlərə deyib.

H.Hacıyev bildirib ki, İrəvana rəsmi dəvət göndərilib: “Muxtar Babayev (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib”.

O qeyd edib ki, hər iki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir.

“İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır”, – H.Hacıyev bildirib.

Editor

Related Posts