Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda sürücüsüz avtobus 19-dan çox avtomobilə çırpıldı – Video

Bakıda sürücüsüz avtobus 19-dan çox avtomobilə çırpıldı – Video

Ötən gecə paytaxtın Yasamal rayonunda zəncivari qəza baş verib. 

Birinci24.com xəbər verir ki, hadisə yerindən görüntülər sosial şəbəkələrdə yayılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis baş leytenantı Rüstəm Əhmədli bildirib ki, hadisəsi zamanı üç nəfər xəsarət alıb.

Onun sözlərinə görə, qəza zamanı avtobusda sürücü olmayıb:

“Avtobus park edilmiş vəziyyətdə olub. Hansısa nasazlıq səbəbindən avtobus hərəkət edib. Hadisə nəticəsində avtobusla birlikdə 19 avtomobilə ciddi ziyan dəyib. Üç nəfər xəsarət alıb. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır”.

Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən qeyd olunub ki, qəza zamanı “Toyota Camry” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Editor

Related Posts