Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Ermənistanın Rusiyadan üz döndərmək istədiyi barədə bəyanatlar əsassızdır”

“Ermənistanın Rusiyadan üz döndərmək istədiyi barədə bəyanatlar əsassızdır”

“ABŞ-nin Ermənistanın Rusiyadan üz döndərmək istədiyi barədə bəyanatları əsassızdır”.

Birinci24.com xəbər verir ki, bunu “RİA Novosti”yə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, Rusiya və Ermənistan arasında əsrlər boyu formalaşmış əlaqələrin bütün sınaqlara tab gətirəcəyini bildirib.
Belə ki, bundan əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen faktiki olaraq Vaşinqtonun Ermənistanla Rusiya arasında münasibətlərin pozulması üçün şərait yaratmağa çalışdığını etiraf edib. Onun sözlərinə görə, Ermənistan əhalisinin mühüm hissəsi Rusiyadan uzaqlaşmaq istəyir.

“O`Brayenin Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə bağlı əsassız bəyanatlarına gəlincə, bu, amerikalılara xas olan geosiyasi mühəndisliyin növbəti nümunəsidir – dünya ictimaiyyətinin gözü qarşısında Vaşinqtona lazım olan və baş verənlərlə heç bir əlaqəsi olmayan “reallığı” uydurmaq istəyidir”, – Zaxarova bildirib.

Onun sözlərinə görə, Qərb Cənubi Qafqazda dağıdıcı gündəmi təbliğ edir və məqsəd eynidir – regionu parçalamaq, Rusiyanın ənənəvi müttəfiqləri və qonşuları ilə tarixi əlaqələrini məhv etmək.

“Biz tarix boyu dəfələrlə qardaş erməni xalqı ilə çiyin-çiyinə vermişik və gələcəkdə də bunu etmək niyyətindəyik”, – Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib.

Editor

Related Posts