Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda neft-qaz hasilatı və satışı ilə bağlı son məlumatlar açıqlandı

Azərbaycanda neft-qaz hasilatı və satışı ilə bağlı son məlumatlar açıqlandı

Bu ilin ilk 7 ayı ərzində ölkədə təxminən 16,9 milyon ton neft hasil edilib.

Birinci24.com xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilir ki, neft hasilatının 9,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (AÇG), 2,5 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,34 milyon tonu (kondensat) Abşeron yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,4 milyon ton təşkil edib.

Hesabat dövründə təxminən 14,1 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 12,2 milyon tonu konsorsiumun, 1,9 milyon tonu isə SOCAR-ın payına düşür.

Cari ilin yanvar-iyul aylarında ölkədə neftin emalı 3,7 milyon ton təşkil edib.

2024-cü ilin iyul ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 min 589 ton olub. Bunun 65 min 681 tonunu xam neft, 14 min 908 tonunu kondensat təşkil edib.

Açıqlanan məlumatda həmçinin bildirilir ki, 7 ay ərzində ölkədə təxminən 29,5 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 7,7 milyard kubmetri AÇG-dən, 16,5 milyard kubmetri “Şahdəniz”dən, 0,9 milyard kubmetri “Abşeron”dan, 4,4 milyard kubmetri SOCAR üzrə hasil olunub.

Hesabat dövründə xaricə qaz satışı təxminən 14,7 milyard kubmetr təşkil edib. Bu ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,8 milyard kubmetr, Avropaya təqribən 7,5 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,3 milyard kubmetr qaz nəql olunub.

AÇG və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust 2024-cü il tarixinədək 641,4 milyon ton neft (kondensatla birlikdə), 449,5 milyard kubmetr qaz hasil edilib. AÇG-dən 594,4 milyon ton neft, 224 milyard kubmetr qaz hasil olunub. “Şahdəniz”dən isə 225,5 milyard kubmetr qaz, 47 milyon tona yaxın kondensat hasil edilib. Bu yataqlardan indiyə kimi təqribən 639,5 milyon ton neft (kondensatla birlikdə), təxminən 160,7 milyard kubmetrə yaxın qaz ixrac edilib.

Editor

Related Posts