Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 1,5 % çox olub

Naxçıvanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 1,5 % çox olub

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul aylarında Naxçıvanda daşınmaz əmlak üzərində 5947 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur.

Yanvar-iyul aylarında fərdi yaşayış və bağ evi üzərində 2095, mənzil üzərində 969, torpaq sahəsi üzərində 2509, qeyri-yaşayış binası üzərində 90, qeyri-yaşayış sahəsi üzərində 261, əmlak kompleksi üzərində 22, çoxmənzilli yaşayış binası üzərində isə 1 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

Editor

Related Posts