Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Günəşdə yeni güclü partlayış olub

Günəşdə yeni güclü partlayış olub

Günəşin Yerə baxan tərəfində X səviyyəli yeni güclü partlayış olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Rusiya KİV Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəhbəri Sergey Boqaçova istinadən məlumat yayıb.

“Günəşdə yeni X səviyyəli partlayış olub – düz Günəş-Yer xəttində. Kosmik izləmə məlumatlarına görə, Günəşdə ən yüksək – ilkin hesablamalara görə, X1.1 səviyyəli yeni partlayış qeydə alınıb”, – alim deyib.

Avqustun əvvəlində Yerdə baş verən maqnit qasırğası G3 səviyyəsinə çatıb ki, bu da “güclü” kimi qiymətləndirilir. Şkalada ən yüksək səviyyə G5 (son dərəcə güclü), ən aşağısı isə G1-dir (zəif).

Bu səviyyə o deməkdir ki, Yerdəki enerji sistemlərində problemlər yarana, o cümlədən təhlükəsizlik sistemlərində yanlış xəbərdarlıq siqnalları baş verə bilər. Hazırda Günəşdən Yerə doğru yeni partlayışlar və tullantı riskləri mövcuddur.

Editor

Related Posts