Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

SOCAR ikinci rübdə 1,9 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil edib

SOCAR ikinci rübdə 1,9 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil edib

Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 21,6 min metr qazma işləri həyata keçirilib.

Birinci24.com xəbər verir ki, bu barədə SOCAR-dan açıqlma verilib.

Bildirilib ki, qazma işləri ötən ilin analoji dövrü ilə müqayisədə 14,7% artıb.

Məlumatda həmçinin bildirilir ki, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,9 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil olunub.

Ümumilikdə isə, cari ilin ikinci rübü üzrə Azərbaycanda 7,2 milyon ton xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təxminən 4,2 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.

Ölkə üzrə təbii qaz ixracı isə 6,2 milyard kubmetr olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 2,3 milyard kubmetr təşkil edib.

Cari ilin ikinci rübündə SOCAR tərəfindən 1,5 milyon tondan çox neft, 862 milyon kubmetrdən çox qaz emal edilib.

Editor

Related Posts