Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı 26 faiz artıb

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı 26 faiz artıb

Bu ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinin müraciəti əsasında ixrac olunan malların mənşə ölkəsini təsdiq edən 208 sertifikat verib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz çoxdur.

Cari ilin 7 ayı ərzində verilmiş mənşə sertifikatlarının 146-sı CT-1 formalı, 62-si “Ümumi” formalı olub.

Editor

Related Posts